Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqada mövsümün sonuncu – 27-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
MOİK – “Difai” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
“Zaqatala” – “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.
“Mingəçevir” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. “Səbail”in futbolçusu Fəxri Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Səbail” buna görə 900 manat cərimə edilib. Oyunun 84-cü dəqiqəsində “Səbail”in futbolçusu Lətif Rzayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Səbail” buna görə 150 manat cərimə edilib. “Səbail”in məşqçisi İlyas Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Səbail” buna görə də 750 manat cərimə ödəyəcək.


