AFFA “Səbail”lə “Neftçi”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələr nəticəsində Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sabah” – “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

AFFA İntizam Komitəsi Birinci Divizionun 16-cı turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:

“Qəbələ-2” – “Keşlə-2” oyununda “Qəbələ”nin futbolçusu Hüseyn Mürsəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub.

“Sabah-2” – “Turan Tovuz” oyununda “Sabah”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

MOİK – “Zirə-2” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. MOİK vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub. “Zirə”nin futbolçusu Nicat Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” oyun günü planına riayət etmədiyi üçün klub 80 manat cərimə olunub. “Zaqatala”nın futbolçusu Vüsal Şabanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: