AFFA “Şamaxı”nı 1000, “Qarabağ”ı 800 AZN cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Şamaxı” oyunundan öncə dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub. “Şamaxı”nın futbolçusu Flores Franko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub buna görə 200 manat cərimə olunub. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” – “Neftçi” oyununda “Neftçi”nin futbolçusu Ömər Buludov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib. “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

Birinci Divizion klublarının da cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclasında Birinci Divizionun 23-cü turunun oyunları ilə də bağlı qərarlar açıqlanıb:

“Zaqatala” – “Qarabağ-2” oyununda “Qarabağ”ın futbolçusu Musa Musazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin futbolçusu Elton Əlibəyli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Sabah-2” – “Qaradağ Lökbatan” oyununda “Sabah”ın futbolçusu Fərid Kərimzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: