Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçiriıib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. “Keşlə”nin digər futbolçusu Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir edib. O, buna görə 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Neftçi” – “Zirə” oyununda “Neftçi”nin futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Zirə”nin futbolçusu Coşqun Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir edib. O, bunun üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Zirə”nin digər futbolçusu Ağabala Ramazanov da ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olub. O da buna görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


