AL: “Qarabağ” qrup mərhələsi üçün yekun siyahını açıqladı

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün yekun iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun iştirak ərizəsində 25 futbolçunun adı yer alıb.

Yekun siyahıda bəzi dəyişikliklər diqqət çəkir. Belə ki, Türkiyənin “Adana Dəmirspor” klubuna keçən Şahruddin Məhəmmədəliyev siyahıdan çıxarılıb. Eyni zamanda Adama Diakabinin də yekun siyahıda yoxdur. Komandadan göndərilməsi gündəmdə olan futbolçuya Avroliqa matçlarında ehtiyac duyulmayıb.

Əvəzində zədəli olan Marko Veşoviçin adı siyahıya salıb. Yeni transferlər Mateus Silva ilə Andrey Lunyov da qrup mərhələsinin oyunları üçün sifariş olunublar. Şahruddinin gedişi nəticəsində gənc qapıçı Amin Ramazanov da Avroliqa üçün sifariş olunub.

Ümumilikdə heyətdə 3 qapıçı, 10 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov;

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev;

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica, 90. Nəriman Axundzadə.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: