Morqan Rocers Avroliqada mövsümün ən yaxşısı seçildi

“Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers Avropa Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Yarımmüdafiəçi turnirin artıq geridə qalmış mövsümündə 15 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Frayburq”a qarşı keçirdikləri final görüşündə də 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının 3:0 hesablı qələbəsində önəmli rol oynayıb.

Qeyd edək ki, Morqan Rocersin İngiltərə klubu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.

Yeri gəlmişkən, Avropa Liqasında mövsümün rəmzi komandası da açıqlanıb. Rəmzi heyətdə turnirin qalibi olmuş İngiltərə təmsilçisi “Aston Villa”nın dörd futbolçusu yer alıb. Finalda 0:3 hesabı ilə məğlub olmuş Almaniya “Frayburq”u isə rəmzi komandada iki oyunçu ilə təmsil olunur.

Avroliqada mövsümün rəmzi heyəti aşağıdakı kimidir:

Qapıçı: Emiliano Martines (“Aston Villa”);

Müdafiəçilər: Viktor Qomes (“Braqa”), Mattias Ginter (“Frayburq”), Morato (“Nottingem Forest”), Oskar Minqesa (“Selta”);

Yarımmüdafiəçilər: Con Makqinn (“Aston Villa”), Maksimilian Eggeştayn (“Frayburq”), Morqan Rocers (“Aston Villa”);

Hücumçular: Antoni (“Betis”), Emiliano Buendiya (“Aston Villa”), İqor Jezus (“Nottingem Forest”).

Xəbəri sosial şəbəkələrdə paylaş: