Aleksandr Neçayev “Sabah”dan ayrıldı

Sabah”ın qapıçısı Aleksandr Neçayev Azərbaycan klubu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belaruslu qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sabah” Neçayevə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Aleksandr Neçayev bu ilin yanvar ayından bu komandanın üzvü idi. Lakin 28 yaşlı qapıçı Azərbaycan təmsilçisində cəmi 1 oyunda forma geyinib. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcəkdi.

Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: