Amorim “Olimpik”lə cavab matçından gözləntisini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 finalının “Olimpik”lə (Lion) cavab oyunu haqda söhbət açıb.

Arena.az portuqal mütəxəssisin mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:

“Əlbəttə, bu, bizim üçün çox vacib oyundur. Biz Çempionlar Liqasınıa düşmək fürsətini saxlayırıq. Çətin olacaq. amma biz diqqətimizi toplamalı və növbəti mərhələyə keçməliyik. Mövsüm ağır keçir, ancaq biz çətinliklərin öhdəsindənə gəlməyə alışmışıq – gəlin, bunu cümə axşamı gerçəkləşdirək. Bizə, azarkeşlərimizə sevinc bəx etmək və yarımfinala çıxmaq gərəkdir”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, komandalar arasında Lionda keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Mançester Yunayted” – “Olimpik” oyunu bu gün, aprelin 17-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.