“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun “Barselona” ilə final oyunu ərəfəsində sualları cavablayıb.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin cavablarını təqdim edir:
– “Barselona”nın “el klasiko”nu qazanmaq fürsətləri daha çoxdur?
– Bu, daha bir finaldır. Güman ki, favoriti var… Amma final – finaldır. Nə desən baş verə bilər.
– Taktikanız necə olacaq?
– Mən artıq demişəm ki, bu, 4-4-2 tərtibatı ola bilər… Biz altı yarımmüdafiəçi ilə və hücumçularsız oynayacağıq (gülür). Ola bilsin ki… Bizə, yaxşı müdafiə olunmaq gərək olacaq, axı bu, finaldır. Amma mən əminəm ki, biz bunu etməklə, həmçinin hücmameylli oyunda öz fürsətimizi arayıb-tapacağıq.
– Edoardu Kamavinqanın zədəsi?
– Buna daha sonra baxacağıq. Onun və David Alabanın əzələrlə bağlı fəsadları var. Çox güman ki, onlar şənbə günü baş tutacaq oyuna hazır olmayacaqlar.
– Fran Qarsiya – “el klasiko” üçün yeganə seçimdir?
– Bəli, başqa kimsəm yoxdur.
Xatırladaq ki, İspaniya Kral Kubokunun cari mövsümünün “Barselona” və “Real” arasındakı final oyunu aprelin 26-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (27 aprel) başladacaq.


