Andoni İraola “Bornmut”u tərk etdi

“Bornmut”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasında mübarizə aparan bu komandadan ayrılmağa qərar verib.

Arena.az məlumat verir ki, ispan mütəxəssisin klubla müqaviləsinin müddəti başa çatıb.

O, öz istəyi ilə komandadan ayrılıb. 43 yaşlı ispaniyalı mütəxəssis daha ciddi hədəfləri olan klublardan biri ilə anlaşmaq istəyir. Amma hazırda onun növəbti mövsümə planları qeyri-müyyən olaraq qalır. Son məlumata görə, ispan mütəxəssis “Kristal Pelas”ın baş məşqçisi vəzifəsinə ən mükəmməl namizəddir. “Qartallar”ın avstriyalı mütəxəssis Oliver Qlasnerlə möhtəşəm macərası başa çatıb. Bu üzdən də “Kristal Pelas” hazırda baş məşqçi axtarışındadır. Amma ispan mütəxəssis “Liverpul” və “Bayer”ı də çalışdıra bilər. İspan mütəxəssis daha nüfuzlu komandanı çalışdırmaq niyyətində olduğu üçün “Kristal Pelas”la anlaşmağa meyilli deyil.

Xatırladaq ki, Andoni İraola 2023-cü ilin iyul ayından “Bornmut”a rəhbərlik edirdi. 43 yaşlı ispan mütəxəssisin İngiltərə klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, bu komandanı bütövlükdə 127 oyuna çıxarıb. İngiltərə klubu bu görüşlərdə 48 qələbəni bayram edib, 38 heç-heçə ilə kifayətlənib, 41 məğlubiyyətə üzülüb.

İraola daha öncə “Rayo Valyekano”, “Mirandes” və AEK (Larnaka) kimi klublarda da baş məşqçi kimi çalışıb.

“Bornmut” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 57 xalla 6-cı pillədə başa vurub. Sözügedən komanda növbəti mövsümdə İngiltərəni Avropa Liqasında davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: