Araz Abdullayevin komandası inamlı qələbəyə sevindi

Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 9-cu turu çərçivəsində “Liria” ilə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Lapi” bu qələbədən sonra 19 xalla 10 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu yay 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: