“Araz-Naxçıvan” “Qəbələ”yə qarşı 2 itki ilə oynayacaq

Premyer Liqanın 10-cu turunda bu gün “Qəbələ”nin qonağı olacaq “Araz-Naxçıvan” dünən Qəbələ şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.

Arena.az xəbər verir ki, zədəli olduğuna görə İsmail Azzaui hazırlıq prosesində iştirak etməyib.

O, bu gün keçiriləcək matçda komandasına kömək edə bilməyəcək. Vanderson isə cəzalı – passivində 4 sarı vərəqə olduğuna görə qarşılaşmanı kənardan izləyəcək.

Xatırladaq ki, bu gün keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” oyununa saat 16:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: