Asim Əlizadə Latviya klubundan ayrıldı, “Neftçi”yə qayıtdı

Latviyanın “Dauqavpils” klubu azərbaycanlı futbolçu Asim Əlizadə ilə vidalaşıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə icarə müqaviləsinə vaxtından öncə xitam verilib. Futbolçu müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdıb.

Xatırladaq ki, Asim Əlizadə bu ilin mart ayında “Dauqavpils”ə icarəyə verilmişdi. Gənc futbolçunun Latviyada mövsüm bitənə, yəni noyabrın 20-dək “Dauqavpils”də çıxış edəcəyi diqqətə çatdırılmışdı.

Asim ötən mövsüm “Neftçi”nin əvəzedici komandasının aparıcı futbolçularından biri idi. O, əsas komandanın heyətində də 3 rəsmi oyunda meydana çıxıb. Asim Azərbaycanın U-21 yığmasının da şərəfini qoruyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: