Futbol üzrə İtaliya millisi Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriyaya 2:1 hesabıyla qalib gəlib. Arena.az xəbər verir ki, bu qarşılaşmada italyanların ilk qolunu Federiko Kyeza vurub.
Bu qol həm də qitə çempionatları tarixində maraqlı bir ilkin gerçəkləşməsinə imkan verib. Məsələ burasındadır ki, Federiko 1996-2001-ci illər aralığında İtaliya yığmasında çıxış etmiş Enriko Kyezanın oğludur. Hansı ki, Enriko da AÇ-1996-da qol vurmağı bacarıb.
Beləliklə, Enrike və Federiko Kyezalar Avropa çempionatının matçlarında fərqlənməyi bacaran ilk ata və oğul kimi tarixə düşüblər.