Aydın Bayramov da “Sumqayıt” ilə yeni müqavilə bağladı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Arena.az xəbər verir ki, sözügedən klub gənc qapıçı Aydın Bayramovu da saxlamağa qərar verib. Onunla 1+1 sistemi ilə anlaşma imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib. Bayramov həmçinin Azərbaycanın U-21 və əsas millilərinin də şərəfini qoruyub.

Geridə qalan mövsümdə “Sumqayıt”da 15 oyuna çıxan futbolçu, 945 dəqiqə meydanda olub.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov və Vüqar Mustafayevlə də müqavilə yeniləmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: