Sabah – noyabrın 8-də Monteneqronun Petrovaç şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.
Arena.az xəbər verir ki, Azərbaycan qitə çempionatında 22 şahmatçı ilə təmsil olunacaq.
Avropa birinciliyində Azərbaycanı bu şahmatçılar təmsil edəcəklər:
Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov, Kamran Vəlizadə.
Qeyd edək ki, şahmat üzrə Avropa çempionatına noyabrın 19-da yekun vurulacaq. Qitə birinciliyində ümumilikdə 42 ölkə təmsil olunacaq.