Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun 2023/2024 mövsümünü 34 komandanın iştirakı ilə keçirməyə hazırlaşır.
Arena.az xəbər verir ki, yarışda Premyer Liqa və Birinci Liqa ilə yanaşı, İkinci Liqa komandalarının da iştirakı nəzərdə tutulub.
Bir sözlə, ölkə kubokunda 34 komanda (10 Premyer Liqa, 10 I Liqa, 14 II Liqa) mübarizə aparacaq. Yarışın neçə mərhələdən ibarət olması, qaydaları, reqlamenti noyabrın 2-də baş tutacaq püşkatma mərasimində açıqlanacaq. Əldə etdiyimiz ilkin məlumata görə, əvvəlcə İkinci Liqa komandaları 1-ci təsnifat mərhələsində bir-biriləri ilə üz-üzə gələcəklər. Qaliblər 2-ci raunda vəsiqə qazanacaqlar. 2-ci mərhələdə Birinci Liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Dekabrın sonlarında isə 1/8 final mərhələsi təşkil olunacaq. Potensial iştirakçıların hər biri artıq həmin raundda yer alacaqlar. Ölkə kubokunun 1/4 final, yarımfinal və final qarşılaşmalarının 2024-cü ildə reallaşacaq.
Qeyd edək ki, bu mövsüm Azərbaycan Premyer Liqasında və Birinci Liqada 10, İkinci Liqada isə 14 komanda mübarizə aparır.
Sonda Azərbaycan Kubokunun 2023/2024 mövsümündə iştirak edəcək klubların tam siyahısını təqdim edirik:
Azərbaycan Premyer Liqası
Zirə
Qarabağ
Səbail
Araz-Naxçıvan
Neftçi
Turan Tovuz
Sumqayıt
Sabah
Qəbələ
Kəpəz
Birinci Liqa
MOİK
Qaradağ Lökbatan
İrəvan
Şamaxı
Karvan
Mingəçevir
İmişli
Zaqatala
Araz Saatlı
Difai Ağsu
İkinci Liqa
Baku Sportinq
Göygöl
Cəbrayıl
Şəki Siti
Füzuli
Şahdağ Qusar
Qusar
Kür-Araz
Lerik
Dinamo
Ağdaş
Şəfa
Şəmkir
Kürmük-Qax


