Azərbaycan millisinin Litva ilə oyunu üçün 29 futbolçu

Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasının seçmə mərhələsində Litvaya qarşı keçiriləcək ev oyunu üçün ilkin heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Millimiz mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq. Yekun heyət mayın 25-də açıqlanacaq.

Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.

Azərbaycan millisinin bu toplanışına dəvət olunmuş futbolçuların adlarını diqqətinizə çatdırırıq:

  1. Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
  2. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Mehriban Şahməmmədova – Neftçi
  5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  6. Manə Mollayeva – Neftçi
  7. Fidan Cəfərova – Neftçi
  8. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  9. Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
  10. Vüsalə Seyfəddinova – Neftçi
  11. Firəngiz Teymurova – Neftçi
  12. Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
  13. Coşqunə Əliyeva – Neftçi
  14. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
  15. Ayşən Əhmədova – Ünyespor (Türkiyə)
  16. Alina Dorofeyeva – Rubin (Kazan, Rusiya)
  17. Diana Məmmədova – Rubin (Kazan, Rusiya)
  18. Milana Rəhimova – Ünyespor (Türkiyə)
  19. Ayşən Salamzadə – Neftçi
  20. Xanım Əsədova – Neftçi
  21. Aysun Muradova – Gölbaşı Belediye Spor (Türkiyə)
  22. Alina Nəhmədova – Neftçi
  23. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
  24. Esra Manya – Fatih Vətən (Türkiyə)
  25. Mədinə Curuqova – Neftçi
  26. Röya Əliyeva – Sumqayıt
  27. Məhsumə Nəzərli – Neftçi
  28. Aydan Əkbərova – Baku Juniors
  29. Aysu Əsədova – Sabah
Xəbəri sosial şəbəkələrdə paylaş: