Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni – 2023/2024 mövsümünün hazırlığına start verib.
Arena.az xəbər verir ki, komandanın ilkin təlim-məşq toplanışı Voleybol Mərkəzində keçirilir.
Hazırlıqda baş məşqçi Cengiz Akarçeşmənin rəhbərliyi altında 12 voleybolçu iştirak edir. Komanda fiziki məşqlərə üstünlük verir.
Qeyd edək ki, “Azərreyl” yeni mövsümdə Azərbaycan Yüksək Liqası ilə yanaşı, Çelenc kubokunda da iştirak edəcək.


