Futbol üzrə Azərbaycan millisi bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi millimiz Maltada bu ölkənin yığma komandası ilə qarşılaşıb.
İspaniyadan olan hakimlər briqadasının idarə etdiyi matç yığmamızın məğlubiyyəti ilə başa çatıb. Komandamız ikinci hissənin əvvəlində buraxdığı yeganə qol sayəsində meydanı məğlub tərk edib.
Azərbaycan millisi martın 29-da Maltada Latviya yığması ilə də yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
25 mart
Malta – Azərbaycan 1:0
Qol: Y.Deqabriele, 55.
Hakimlər: Alexandro Ernandes, Xose Naranyo, Angel Nevado, Sezar Soto (hamısı İspaniya).
Malta. Milli stadion.
Malta: 1. Henri Bonelyo, 3. Rayan Kamenzuli, 4. Stiv Borq, 5. Andrey Aqius (k), 6. Mettyu Gilyaumyer, 7. Jozef Essyen Mbonq, 8. Brendon Dieqo Payber, 14. Aleksander Satariano, 17. Teddi Teuma, 18. Yurgen Deqabriele, 23. Yan Borq.
Ehtiyat oyunçular: 12. Mettyu Kallexa Kremona, 16. Kain Formosa, 2. Ferdinando Apap, 9. Luk Montebello, 10. Stephen Pisani, 11. Pol Mbonq, 13. Enriko Pepe, 15. Ceyms Braun, 19. Adam Maqri Overend, 20. Yan Busuttil, 21. Danstan Vella, 22. Zaç Muskat.
Baş məşqçi: Devis Manqia.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 18. Filip Ozobiç, 22. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Nicat Mehbalıyev, 4. Bəhlul Mustafazadə, 7. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 15. Bədavi Hüseynov, 16. Coşqun Diniyev, 17. Toral Bayramov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Amin Seydiyev.
Baş məşqçi: Canni De Byazi.


