2021-ci ildə futbol üzrə Azərbaycan Premyer Liqasında 117 oyun keçirilib. Arena.az xəbər verir ki, bunlardan 61-i 2020/21, 56-sı 2021/22 mövsümünə təsadüf edib.
Bu matçlarda qapılara 288 qol vurulub.
Bu il ən çox xal toplayan komanda “Qarabağ” olub. İlin ən yaxşısı olan Qurban Qurbanovun yetirmələri 30 oyunun 2/3-də qalib gəlib. 67 xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.
Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalır. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümün geridə qalan iki dövrəsindən sonra “Qarabağ” 33 xalla ilk pillədə qərarlaşıb. 26 xala malik “Qəbələ” ikinci, 22 xalı olan “Neftçi” isə üçüncüdür.
| 1 | Qarabağ | 30 | 20 | 7 | 3 | 63-16 | 67 |
| 2 | Neftçi | 29 | 17 | 6 | 6 | 53-30 | 57 |
| 3 | Zirə | 29 | 9 | 13 | 7 | 34-30 | 40 |
| 4 | Qəbələ | 29 | 9 | 10 | 10 | 33-38 | 37 |
| 5 | Sumqayıt | 29 | 9 | 8 | 12 | 23-31 | 35 |
| 6 | Sabah | 29 | 8 | 9 | 12 | 35-44 | 33 |
| 7 | Keşlə | 29 | 6 | 9 | 14 | 29-44 | 27 |
| 8 | Səbail | 30 | 5 | 6 | 19 | 18-55 | 21 |


