Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılıb.
Son 6 mövsümdən fərqli olaraq, qarşıdakı mövsümdə elitada 10 komanda mübarzə aparacaq. Belə ki, bu yay komanda sayı 8-dən 10-a yüksəldilib. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”, “Keşlə”, “Sumqayıt” və “Səbail” komandaları ilə yanaşı, “Turan Tovuz” və “Kəpəz”ə də ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.
Püşkə əsasən, son çempion “Qarabağ” yeni mövsümə “Səbail”ə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək. “Neftçi” isə səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Yenidən elitaya qayıdan “Kəpəz”lə “Turan Tovuz” startda müvafiq olaraq “Zirə” və “Qəbələ”ni qəbul edəcək. Digər bir oyun isə “Sabah” və “Sumqayıt” arasında olacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünə avqustun 5-də start veriləcək. Ayın 7-nə qədər davam edəcək ilk turla yanaşı, 2 və 3-cü turların oyunları da bəllidir. Mövsümün tam təqvimi isə daha sonra açıqlanacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur (5-6-7 avqust)
“Sabah” – “Sumqayıt”
“Kəpəz” – “Zirə”
“Şamaxı” – “Neftçi”
“Turan Tovuz” – “Qəbələ”
“Qarabağ” – “Səbail”
2-ci tur (12-13-14 avqust)
“Sumqayıt” – “Qarabağ”
“Səbail” – “Turan Tovuz”
“Qəbələ” – “Şamaxı”
“Neftçi” – “Kəpəz”
“Zirə” – “Sabah”
3-cü tur (19-20-21 avqust)
“Zirə” – “Sumqayıt”
“Sabah” – “Neftçi”
“Kəpəz” – “Qəbələ”
“Şamaxı” – “Səbail”
“Turan Tovuz” – “Qarabağ”



