Hazırda Xavinin rəhbərliyi altında uğurla çıxış edən “Barselona” dünya futbol səhnəsindən yox olmaq təhlükəsi altındadır.
Arena.az məlumat verir ki, “The Telegraph” nəşri Kataloniya klubuna qarşı irəli sürülmüş rəsmi ittihama dair nəşrin ilkin araşdırmalarını ehtiva edən məqalə dərc edib.
Xatırdalaq ki, dünən, sentyabrın 28-də sözügedən klub İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə rəsmi olaraq rüşvətxorluqda ittiham edilib.
“The Telegraph” yazır ki, müvafiq ittiham sübuta yetirilərsə, “Barselona” dünya futbol səhnəsindən yoxa çıxa bilər:
“Təqsirli bilinərsə, cinayətkarlar 3 ildən 6 ilədək həbs cəzası alacaqlar. “Barselona”nın özü peşəkar futbol klubu kimi fəaliyyətini dayandırıla bilər, bu, çox güman ki, 124 yaşlı klubun iflasına gətirib çıxara bilər”, – məqalədə yazılıb.
Daha əvvəl bildirilmişdi ki, Kataloniya nəhəngi kluba qarşı açılmış məhkəmə istintaqı ilə bağlı hələ rəsmi bildiriş almayıb. Bu üzdən də hazırda bu xüsusda ictimaiyyətə heç bir açıqlama verməyəcək.
“Barselona” rəhbərliyi müvafiq ittihamla üzləşəcəyini təxmin etdiyini və bu məqsədlə qabaqcadan fəaliyyət planınını işləyib hazırladığını da vurğulayıb.


