Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Bayer”lə qarşılaşacaq.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Almaniya və Azərbaycan təmsilçilərinin bu oyun üçün start heyətləri müəyyənləşib.
Leverkuzendəki “BayArena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, hər iki komanda qrupdakı ilk iki oyunundan qalib ayrılıb və 6 xal toplayıb.
Avropa Liqası
H qrupu, 3-cü tur
26 oktyabr
23:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Baş hakimin köməkçiləri: Valentin Avram, Alexandru Çerei (hər ikisi Rumıniya)
Dördüncü hakim: Sabolş Kovaç (Rumıniya)
VAR: Tiaqo Martins (Portuqaliya)
AVAR: Paolo Valeri (İtaliya)
Leverkuzen. “BayArena”.
Bayer: 17. Matey Kovar, 3. Pyero İnkapye, 6. Odilon Kossunu, 8. Robert Andrix (k), 10. Florian Virts, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 4. Conatan Ta, 7. Yonas Hofmann, 14. Patrik Şik, 18. Noa Mbamba, 23. Adam Hlojek, 25. Esekiel Palasios, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.


