Almaniyanın “Bayer” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Xerardo Seoane ilə anlaşıb.
Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Seoane bundan əvvəl İsveçrənin “Yanq Boyz” komandasını çalışdırırdı. O, 2018-ci ildən sözügedən komandaya rəhbərlik edirdi.
“Bayer”i hazırda müvəqqəti olaraq Hannes Volfs çalışdırır. Leverkuzen təmsilçisi Bundesliqada sona bir tur qalmış 6-cı sıradadır.


