“Bernli” Uels yığmasının qapıçısı ilə gücləndi

İngiltərənin “Bernli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Uels yığmasının qapıçısı Ueyn Hennesini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.

Hennesi “Bernli”yə azad agent kimi keçib. O, 2014-cü ildən “Kristal Pelas”ın uğurları üçün çalışırdı. Uels yığmasında 100-ə yaxın oyun keçirmiş təcrübəli qolkiper, əvvəllər “Vulverhempton”, “Yeovil Taun”, “Stokport Kaunti” klublarının da formasını geyinib.