Birinci Divizionda ilin son turunun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, 2021-ci ildəki sonuncu turun oyunları 22-23 dekabrda keçiriləcək.

MOİK bu turda “Keşlə”nin əvəzedicilərini sınağa çəkəcək. “Zaqatala” son çempion “Neftçi-2” ilə qarşılaşacaq. “Zirə”nin ikinci komandası isə “Turan Tovuz”u qəbul edəcək.

“Qaradağ Lökbatan” “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gələcəksə, “Kəpəz” “Sabah”ın ikinci komandasının qonağı olacaq. Turun, dövrənin və ilin son matçı isə “Qəbələ” və “Sumqayıt”ın əvəzediciləri arasında baş tutacaq.

Birinci Divizion
13-cü tur
22 dekabr

MOİK – “Keşlə-2”
Binə qəsəbə stadionu, 14:00.

“Zaqatala” – “Neftçi-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Zirə-2” – “Turan Tovuz”
Bakı. “ASK Arena”, 15:00.

23 dekabr

“Sabah-2” – “Kəpəz”
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00.

“Qaradağ Lökbatan” – “Qarabağ-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

“Qəbələ-2” – “Sumqayıt-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: