Birinci Divizionun bombardiri təltif edildi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda mövsümün son oyununun ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub.

Arena.az xəbər verir ki, yarışı 3-cü pillədə başa vurmuş “Turan Tovuz”un hücumçusu Vidadi Cəfərov 18 qolla Birinci Divizionda 2020/21 mövsümünün ən sərrast futbolçusu seçilib.

Qeyd edək ki, Cəfərovun ən yaxın izləyicisi olan “Zaqatala”nın futbolçusu Bəhruz Teymurov 14 qola imza atıb. Üçüncü pilləni isə “Sabah”ın əvəzedicisi komandasının iki futbolçusu bölüşür. Fərid Kərimzadə və Kamran Quliyev hərəyə 11 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: