Bundesliqa: “Ştutqart” qalib gəldi, “Bayern”ə yaxınlaşdı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Ştutqart” – “Maynts” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Hoffenhaym”la “Köln” arasındakı oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, 21 turdan sonra 55 xala malik “Bayer” vahid liderdir. Leverkuzen təmsilçisini son çempion, 50 xalı olan Münhen nəhəngi “Bayern” təqib edir. İlk üçlüyü 43 xala malik “Ştutqart” qapayır. Dortmund “Borussiya”sı 40 xalla dördüncüdür.

“Leypsiq”in 37, “Ayntraxt”ın 32, “Frayburq”un 28, “Hoffenhaym”la “Haydenhaym”ın 27, “Verder”in 26, “Auqsburq” və “Volfsburq”un 23, Mönxenqladbax “Borussiya”sının və “Boxum”un 22, “Union Berlin”in 21, “Köln”ün 16, “Maynts” və “Darmştadt”ın 12 xalı var.

Almaniya, Bundesliqa
21-ci tur
9 fevral

Borussiya (Dortmund) – Frayburq 3:0
Qollar: Malen, 16; 45+7. Fullkruq, 87.

10 fevral

Auqsburq – Leypsiq 2:2
Qollar: Tiets, 35. Demiroviç, 60 – Openda, 39. Şeşko, 52.

Borussiya (Mönxenqladbax) – Darmştadt 0:0

Ayntraxt – Boxum 1:1
Qollar: Marmuş, 14 – Broşinski, 17.

Union Berlin – Volfsburq 1:0
Qol: Doexi, 45+25.

Verder – Haydenhaym 1:2
Qollar: Şmid, 19 – Maloney, 12. Beste, 18.

Bayer – Bayern 3:0
Qollar: Stanişiç, 18. Qrimaldo, 50. Frimponq, 90+5.

11 fevral

Ştutqart – Maynts 3:1
Qollar: Mittelştadt, 45+1. Levelinq, 45+3. Undav, 73 – Ayorke, 76.

Hoffenhaym – Köln 1:1
Qollar: Kramariç, 90+4 – Finkqrafe, 79.