Cəlal Hüseynov “Pirin”ə qarşı 90 dəqiqə oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 8-ci turu çərçivəsində keçirilmiş “Pirin”lə oyunun iştirakçısı olub.

Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar ilk yarının sonunda hesabı açıblarsa, matçın son dəqiqələrində də ikinci qola imza atıblar və inamlı qələbə sayəsində 3 xala seviniblər.

Hüseynov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.

“Arda” 8 turdan sonra 10 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış iki oyunu da var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 4 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: