“Çelsi” veteranları evlərindən çıxarır – “Stemford Bric”ə görə

“Çelsi” futbol klubu veteranların yaşadığı torpaq sahəsini alıb və ev stadionu “Stemford Bric”i genişləndirmək istəyir.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir:

“Bu, sadəcə biabırçılıqdır. Onların alacaqları pula çox diqqət yetirilir, veteranların yaşadıqları evlərə isə kifayət qədər diqqət yetirilmir. Onlarla veteranı evsiz qoyacaqlar.

Bu qərara qarşı çıxmaq üçün nə edə biləcəyimizi düşünməliyik. Biz əmin deyilik ki, yaxın gələcəkdə bu qədər veteranın başının üstünü damsız qoymaq, həqiqətən də kluba uzunmüddətli perspektivdə kömək edəcək”, deyə veteran Metyu Biqnell bildirib.

“Zadəganlar” “Stemford Bric” yaxınlığındakı 4856 kvadrat metrlik ərazinin böyük hissəsini 92 milyon avroya “Stoll Fondu”ndan alıb. Klub rəhbərliyi stadionu bu istiqamətdə genişləndirməyi nəzərdə tutub.