Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Madrid “Atletiko”su İngiltərədə “Mançester Siti”nin qonağı olub. Rumıniyalı İştvan Kovaçın idarə etdiyi matçın taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla üstün olublar.
Gecənin digər matçı Portuqaliyada baş tutub. Burada “Benfika” İngiltərə nəhəngi “Liverpul”u qəbul edib. İspaniyalı Xesus Hil Mansanonun idarə etdiyi qarşılaşmada qapılara dörd qol vurulub. Yekunda “Liverpul” inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirib.
Çempionlar Liqasında 1/4 final mərhələsinin digər iki ilk oyunu aprelin 6-da keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
5 aprel
Mançester Siti (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: De Breyne, 70.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Benfika (Portuqaliya) – Liverpul (İngiltərə) 1:3
Qol: Nunez, 49 – Konate, 17. Mane, 34. L.Dias, 88.
Baş hakim: Xesus Hil Mansano (İspaniya).


