“Zirə”nin yarımmüdafiəçisi Davit Volkov cərrahiyə əməliyyatı olunub.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı hücumçu İstanbulda çiynindən artroskopik əməliyyat keçirib. Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.
Davit Volkov son mövsümdə Azərbaycan Premyer Liqasında 24 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.