Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun 4-cü turunda Qazaxıstan seçməsinin qonağı olacaq.
Beş gün əvvəl Bakıda bu rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfərdə uğur qazanmağa çalışacaqlar. Astanadakı “Jekpe-Jek” Sarayında baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.
Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Komandamız daha öncə Bakıda Niderland yığamasına qalib gəlmişdi – 6:1. İlk turda isə Rumıniya ilə oyun millimizin məğlubiyyəti ilə başa çatmışdı – 1:3. Qazaxıstan yığması isə Niderland və Rumıniyanın hər ikisi ilə ilk oyunlarından qalib ayrılıb.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milli komandaları yoldaşlıq oyunlarında və beynəlxalq turnirlər çərçivəsində dəfələrlə üz-üzə gəlsələr də, bu seçmə mərhələyə qədər rəsmi yarışlarda cəmi bir dəfə qarşılaşıblar. Belə ki, AÇ-2012-nin seçmə mərhələsində hər iki milli Bakıda keçirilən matçda rəqib olub. Görüş komandamızın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bugünkü oyun rəsmi müstəvidə üçüncü duel olacaq.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
11 oktyabr
18:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov.
(Hakimlər briqadası Bolqarıstandandır).
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Morten Engebretsen.
Astana, “Jekpe Jek Arena”. Saat 18:00.


