“Neftçi” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə üz-üzə gələcək.
Arena.az xəbər verir ki, bu oyundan bir gün öncə “Neftçi”nin baş məşqçisi Samir Abasov və serbiyalı futbolçu Voyislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyulun 6-da Bakı vaxtı ilə saat 19:30-dan etibarən başlayacaq tədbir “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq. Konfransdan sonra, saat 20:00-da isə “ağ-qaralar”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Eyni məkanda həmin gün saat 18:00-da rəqib komandanın mətbuat konfransı, 18:30-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasındakı ilk oyun Tiflisdəki Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab matçı isə iyulun 14-də Bakıda baş tutacaq.


