Son vaxtlar irqçi qalmaqalların baş alıb getdiyi İspaniya futbolunda bu xüsusda növbəti xoşagəlməz, eyni zamanda anlaşılmaz hadisə yaşanıb.
Arena.az “The Guardian” nəşrinə istinadən məlumat verir ki, ötən şənbə günü, martın 29-da, İspaniya Üçüncü Liqası çərçivəsində keçirilmiş oyunda baş hakim, oyun zamanı meydanı tərk edərək onu irqi zəmində təhqir etdiyi iddia edilən azarkeşlərə yaxınlaşmış, “Rayo Maxadaonda”nın qapıçısı Şeyx Sarrı meydandan qovub.
Mənbənin məlumatına görə, Seneqalda doğulmuş Şeyx Sarr oyunda özünə qarşı irqi təhqirlər səsləndiyini eşitdiyini bildirib:
“Digər hallarda bunu zarafat kimi də görmək olar. Ancaq şənbə günü belə olmadı, çünki dəhşətli bir şey idi və mən dayana bilmədim. Onların dedikləri çox kədərli və çirkin idi. Onu tutdum və niyə məni təhqir etdiyini soruşdum. Münasibətim aqressiv deyildi, sadəcə ondan bunun səbəbini soruşmaq istədim”, deyə Sarr bildirib.
Sarın iddia etdiyi təhqirləri eşitmək üçün çox uzaqda olduğunu bildirən hakim qapıçını meydandan qovub. Bundan sonra oyun 84-cü dəqiqədə dayandırılıb. Belə ki, hakimin bu qərarı Sarın komanda yoldaşlarını etiraz əlaməti olaraq meydanı tərk etməyə vadar edib.


