Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin qadınlardan ibarət ən yaxşı klublarının siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə IFFHS rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qadın futbolunda 2023-cü ilin ən yaxşı klubu İspaniya nəhəngi “Barselona” olub. Kataloniya təmsilçisi 609 xalla dünya reytinqinə başçılıq edir.
UEFA Çempionlar Liqası, İspaniya La Liqası və İspaniya Super Kubokunun qalibi olan “Barselona” 2023-cü ildə 39 oyunda cəmi 2 heç-heçə edib və yalnız 1 məğlubiyyətlə üzləşib.
Lion “Olimpik”i (Fransa) 434 xalla reytinq cədvəlinin ikinci pilləsində qərarlaşıb. qalib gəldi. Braziliya “Korintians”ı isə 384 xalal üçüncüdür.
Xatırladaq ki, IFFHS 2012-ci ildən başlayaraq qadın futbolunda dünyanın ən yaxşı klublarının reytinq cədvəlini təqdim edir. Bu reytinq klubların son 12 ay ərzində beynəlxalq və milli turnirlərdəki çıxışlarına əsaslanır.
2022-ci ildə də dünyanın ən yaxşı klubu “Barselona” olmuşdu.
Bu baxımdan rekord Lion “Olimpik”inə məxsusdur. Fransa klubu 7 dəfə dünyanın ən güclüsü olub. Almaniyanın “Volfsburq” klubu isə 2 dəfə reytinq cədvəlini zirvədə tamamlayıb.
Qadın futbolunda 2023-cü ilin ən yaxşı klublarının siyahısını təqdim edirik:
- Barselona (İspaniya) – 609 xal
- Olimpik (Lion, Fransa) – 434
- Korintians (Braziliya) – 384
- Çelsi (İngiltərə) – 378
- Volfsburq (Almaniya) – 371
- Real (İspaniya) – 348
- Benfika (Portuqaliya) – 336
- Bayern (Almaniya) – 332
- Roma (İtaliya) – 308
- Haken (İsveç) – 300
- PSJ (Fransa) – 299
- Palmeyras (Braziliya) – 292
- Ayntraxt (Frankfurt, Almaniya) – 279
- Ayaks (Niderland) – 257
- Atletiko (Madrid, İspaniya) – 255
- Paris (Fransa) – 252
- Seltik (Şotlandiya) – 249
- Brann (Norveç) – 243
- Dinamo (Belarus) – 238
- Mamelodi Sandounz (Cənubi Afrika) – 238


