İkinci Liqa: “Cəbrayıl” “Dinamo”nu böyük hesabla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Füzuli” – “Baku Sportinq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Cəbrayıl” isə “Dinamo” ilə ev oyununda darmadağına imza atıb.

İkinci Liqa
7-ci tur
14 oktyabr

“Lerik” – “Şahdağ Qusar” 1:4
Qollar: İlqar Hüseynov, 9-pen. Rubin Seyidov, 45. Ruslan Ağalarov, 47. Osman Osmanov, 90 – Fahil Dostiyev, 61.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Asif Abdullayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Lənkəran OİK stadionu, 14:30.

“Şəmkir” – “Şəki Siti” 1:2
Qollar: Tural Vəlizadə, 23-pen. – Ravil Yusifli, 37. Osman Soltanov, 77.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Oruc Həsənov, Elvin Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şəmkir OİK stadionu, 15:00.

15 oktyabr

“Kür-Araz” – “Qusar” 0:2
Qollar: Şahmar Sədiyev, 77; 82.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Saatlı OİK stadionu, 15:00.

“Göygöl” – “Ağdaş” 5:1
Qollar: Vüqar Əşrəfli, 17; 22; 41; 78. Coşqun Abdiyev, 31 – Tamerlan Rizvanov, 58.
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Göygöl OİK stadionu, 15:00.

“Kürmük Qax” – “Şəfa” 1:1
Qollar: Fuad Osmanlı, 90+5 – Asim Quliyev, 90+1-pen.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Mirnihad Seyidov, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qax OİK stadionu, 15:30.

16 oktyabr

“Cəbrayıl” – “Dinamo” 6:0
Qollar: Nurlan Quliyev, 2; 47. Ağabəkir Həşimli, 9. Tapdıq Əhmədov, 62. Nazim Kərimli, 87. Məhərrəm Orucov, 90+1.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Füzuli” – “Baku Sportinq” 1:1
Qollar: Hüseyn Axundov, 17 – Röyal Nəcəfov, 47.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
ASK Arena, 13:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: