Joan Qaspar: “Barselona” heç bir qanun pozuntusuna yol verməyib”

“Barselona”nın sabiq prezidenti Joan Qaspar “Neqreyra işi”ndə Kataloniya klubunun digər rəhbərlərinə qarşı ittihamlara münasibət bildirib.

Arena.az “Marca” nəşrinə istinadən Qasparın bu barədə fikirlərini təqdim edir:

“Barselona” heç bir qanun pozuntusuna yol verməyib. Siz ədalətə güvənməlisiniz və qərarı məhz o verməlidir. Bizi sevənlər bir addım irəli atıblar və artıq bizi mühakimə ediblər. Bir gün etikadan danışacağıq, amma keçmişdən. Məsələn, Di Stefano haqqında, Fiqu haqqında”, – deyə Joan Qaspar bu futbol ulduzlarının “Barselona”ya “münasibətinə” eyham vurub.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, İspaniya məhkəməsi “Barselona”nın hazırkı prezidenti Joan Laportaya İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hhakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyranın işi üzrə müttəhim statusu verib. Bu isə öz növbəsində çox ciddi ittihamdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: