“Kayserispor” və “Fatih Karagümrük” komandaları cari mövsümün sonunda futbol üzrə Türkiyə çempionatını (Super Liqa) tərk edəcəklər.
Arena.az xəbər verir ki, 2025/2026-cı illər mövsümünün sonunda Türkiyə Super Liqasını tərk edəcək iki komandanın adı məlum olub.
Ötən gecə keçirilmiş 33-cü turun oyunlarından sonra “Kayserispor” və “Fatih Karagümrük” komandalarının aşağı liqaya düşəcəyi dəqiqləşib. Sona bir tur qalmış hər iki komandanın xalı 27-dir və növbəti matçdan asılı olmayaraq, elitanı tərk edəcəkləri müəyyənləşib.
Elitanı tərk edəcək sonuncu komanda isə məhz sonuncu – 34-cü turda bəlli olacaq. Bu, “Antalyaspor”, “Gənclərbirliyi”, “Eyüpspor” və “Kasımpaşa” klublarından biri olacaq.
Hazırda Türkiyə Super Liqasının autsayderlər qrupundakı vəziyyət belədir:
- Eyüpspor – 32 xal
- Kasımpaşa – 32 xal
- Gənclərbirliyi – 31 xal
- Antalyaspor – 29 xal
- Karagümrük – 27 xal
- Kayserispor – 27 xal


