Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 31-ci turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, gürcü vinger sözügedən turnirdə 200-cü oyununu keçirib.
Gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.
Debütü 2018/2019-cu illər mövsümünə təsadüf etmiş Davit Volkov Azərbaycan Premyer Liqasında üç klubda çıxış edib. O, “Qəbələ”də 27 (7 qol), “Sabah”da 63 (16 qol), “Zirə”də 110 (37 qol) matçın iştirakçısı olub.
Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Ona qədər Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olmuşdular.


