Kadi Borges Premyer Liqada 25-ci qoluna imza atdı

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qəbələ” ilə səfər oyunu “Qarabağ”ın futbolçusu Kadi Borges üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 25-ci qoluna imza atıb.

O, “Qəbələ” ilə səfər qarşılaşmasının (1:1) 29-cu dəqiqəsində fərqlənib. 25-ci qoluna sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinmiş Kadi Borges 2021/2022-ci illər mövsümündə 12, 2022/2023-cü illər mövsümündə 4, 2024/2025-ci illər mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/2026-cı illər mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: