2025/2026-cı illər mövsümünün çempionluğunu təmin etmiş “Sabah”ın Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.
Arena.az xəbər verir ki, bir neçə gün öncə Azərbaycan çempionu adını qazanmış paytaxt təmsilçisi 31-ci turun “Kəpəz”lə ev oyununda uduzub – 0:1.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda buna qədər sonuncu dəfə cari mövsümün 3-cü turunda xalsız qalmışdı. 2025-ci il avqustun 31-də “İmişli” “Sabah”a 1 qolla qalib gəlmişdi. Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.
“Sabah” bu müddətdə (250 gün) 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.
Bununla da paytaxt təmsilçisi turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız “Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. “Bayquşlar” isə “Kəpəz”in nəticəsini təkrarlayıblar.
Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)
- “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)
- “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)
- “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)
- “Sabah” – 28 (14.09.2025-03.05.2026)
- “Turan” – 27 (12.09.1992-14.07.1993)
Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.


