“Keşlə”nin qış hazırlıq planı müəyyənləşib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi qış fasiləsi zamanı növbəti yarım ilin hazırlığına Bakıda başlayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yanvarın 6-da bir araya gələcək komanda iki yoxlama oyunu keçirəcək. Həmin oyunların yanvarın 14-də və 20-də keçirilməsi planlaşdırılır. Rəqiblər isə hələlik bəlli deyil.
Komandanın digər rəqibləri kimi Türkiyəyə təlim-məşq toplanışına yollanıb-yollanmayacağı açıqlanmır. Böyük ehtimalla “Keşlə”nin qış hazırlığı elə sonadək ölkə ərazisində davam edəcək.


