“Sevilya”nın baş məqşçisi, ispan mütəxəssis Kike Sançes Flores 2023/2024 mövsümünün sonunda La Liqa klubundan ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Sevilya”nın prezidenti Xose Mariya del Nido Karrasko komandanın hazırkı baş məşqçisi Kike Floresin cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Karrasko özünün və klubun adınan ispan mütəxəssisə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.
Xatırladaq ki, Flores cari mövsümdə “Sevilya”nın sükanı arxasında dayanmış üçüncü baş məşqçi olub. 59 yaşlı ispaniyalı mütəxəssis ötən ilin dekabrından bu komandanı çalışdırırdı. “Sevilya” onun rəhbərliyi altında keçirdiyi 25 oyunda 11 qələbə, 4 heç-heçə və 10 məğlubiyyətlə yadda qalıb.
Əndəlüs təmsilçisi 2023/2024 mövsümünün sonuna bir tur qalmış La Liqanın turnir cədvəlində 41 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Əndəlus klubunun ispan mütəxəssislə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı. Lakin Kike Floresin ümidləri tam doğrultmaması klub rəhbərliyinin işbirliyinə erkən bitirməyə məcbur edib.
Kike Sançes Flores karyerası ərzində “Xetafe”, “Valensiya”, “Atletiko” (Madrid), “Benfika”, “Uotford” və “Espanyol” komandalarını çalışdırıb.


