Kristiano Ronaldo kiçik pərəstişkarını sevindirdi

“Əl-Nəsr”in portuqal superulduzu, hücumçu Kristiano Ronaldo azyaşlı pərəstişkarına sevinc dolu anlar yaşadıb.

Arena.az məlumat verir ki, Asiya Çempionlar Liqası çərçivəsində İran “Persepolis”i ilə oyun ərəfəsində Kristiano Ronaldo kiçik pərəstişkarını otelə dəvət edərək, onunla görüşüb.

“Əl-Nəsr”, heyətində superulduzu ilə Tehrana gələndə, Ronaldonun intizarında olan izdihamla qarşılaşıb. Azarkeşlər arasında Adrian adlı balaca oğlan uşağı da olub. Balaca öz kumiri ilə görüşmək istəyib və bunun mümkünsüz olduğunu görüncə, duyğusalcasına gileylənərək, göz yaşlarına boğulub. Həmin məqam televiziya vasitəsilə yayımlanıb və internet mənbələri vasitəsilə dağıdılıb. Hadisədən xəbərdar olmuş Ronaldo, özü başda olmaqla, “Əl-Nəsr”lə birlikdə balaca uşaq üçün xoş sürpriz təşkil edib.

Balaca otelə dəbət edilib və sevimli Ronaldosu ilə görüşüb. Uşaq otelə daxil olan kimi ulduz futbolçu tərəfindən gülərüzlə qarşılanıb:

– Salam! Necəsən? Yaxşısan? Bir məni qucaqla! – Ronaldo oğlana səslənib və balacanı bağrına basıb.

Kristiano uşaqla şəkil çəkdirib və ona öz imzası ilə imzalanmış futbol köynəyi hədiyyə edib. Balaca oğlan nəzərəçarpacaq dərəcədə həyəcanlanıb və heyranlıqla sevimli futbolçusu ilə keçirdiyi dəqiqələrdən fərəh yaşayıb. Balaca öz növbəsində Ronaldoya superulduzun qol vuduqdan sonra etdyi hərəkəti nümayiş etdirib və Kristiano kimi, “siiiiiii”, deyə qışqıraraq, sevimli futbolçusunu təqlid edib.

Bu xoş məqamların həkk edildiyi videonu diqqətinizə çatdırırıq:

Oyuna gəlincə, 100 min tamaşaçı tutumlu “Azadi” stadionunun Asian Futbol Konfederasiyasının (AFC) lisenziya şərtləri ilə bağlı qadağası ilə üzləşməsi səbəbindən, oyun bağlı qapılar arxasında keçirilib. “Əl-Nəsr” “Persepolis”i 2:0 hesabı ilə məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: