Kristiano Ronaldo müstəqil kinostudiya təsis etdiyini açıqladı

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo müstəqil kinostudiya təsis etdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, Ronaldo bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən məluat verib:

“Bu, mənim üçün cəlbedici bir fəsildir, belə ki, ticarətdə yeni başlanğıcların intizarındayam”, deyə “Kriş” vurğulayıb.

Əlavə edək ki, Kristiano Ronaldo “UR•Marv” adlı müstəqil kinostudiyasını britaniyalı kinorejissor Mettyu Von ilə müştərək surətdə təsis edib.

Öz növəbsində rejissor Von da Ronaldo ilə ortaq layihəsinə dair açıqlama verib:

“Kristiano futbol meydanında elə bir tarix yaradır ki, mən bunu heç vaxt yaza bilməzdim. Mən onunla birlikdə ruhlandırıcı filmlər ərsəyə gətirməyi səbirsizliklə gözləyirəm, o, əsl suepqəhrəmandır”, deyə Von vurğulayıb.

“UR•Marv” kinostudiyası sayəsində Ronaldo və Von prodüser olaraq iki ekşn-filmin çəkilişini maliyyələşdiriblər. Hazırda ortaqlar həmin silsilədən üçüncü filmin çəkilişlərinə başlamağa hazırlaşırlar. Həmçinin, Ronaldo və Von ilk filmin yaxın vaxtlarda elanının intizarındadırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: