Kristiano Ronaldo növbəti dünya rekorduna imza atdı

“Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldo milli liqalarda vurduğu qolların sayına görə dünya rekordçusu olub.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanı çempionatının “Əl-Şəbab”a qarşı 4-cü tur oyununda Ronaldo “Əl-Nəsr”in heyətində dubla imza ataraq, milli liqalarda vurduğu qolların sayını 517-yə çatdırıb.

Ronaldo 517 qolundan 3-nü Portuqaliya Premyer Liqasında (“Sportinq”), 103-nü İngiltərə Premyer Liqasında (“Mançester Yunayted”), 311-ni İspaniya La Liqasında (“Real”), 81-ni İtaliya A Seriyasında (“Yuventus”) və hələ ki, 19-nu Səudiyyə Ərəbistanı Peşəkar Liqasında vurub.

Kristiano Ronaldo Yozef Bitsan və Ferents Puşkaşın (hər biri 515 qol) rekordlarını üstələyərək, milli liqaların vahid bombardiri olub.

Vurğulayaq ki, milli liqalarda cəmi 3 futbolçu 500 qol həddinə çata bilib. Argentinalı ulduz Lionel Messi hazırda 496 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: