Portuqaliya yığmasının və “Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo əsl yalan detektorunda testdən keçib.
Arena.az xəbər verir ki, məşhur kriptovalyuta platforması üçün reklam tədbiri çərçivəsində Kristiano Ronaldo ona edilən təklifi dəyərləndirib.
Təcrübəli futbolçunun cavabı yalan detektoru vasitəsilə yoxlanılıb.
Portuqal ulduza UEFA Çempionlar Liqasındakı bütün qələbələrini Dünya Kuboku ilə dəyişməyi təklif edəndə, portuqal bundan imtina etib. Cihaz Ronaldonun həmin an həqiqəti söylədiyini göstərib.



