“Qızıl top” özünün “Twitter” hesabı üzərindən mövsümün ən yaxşı qapıçısına təqdim edilən “Lev Yaşin mükafatı”na namizədləri açıqlayıb.
Arena.az müvafiq siyahını diqqətinizə çatıdırır:
Emiliano Martines (“Aston Villa”)
Tibo Kurtua (“Real”)
Aaron Ramsdeyl (“Arsenal”)
Dominik Livakoviç (“Fənərbaxça”)
Mark-Andre ter Ştegen (“Barselona”)
Mayk Menyan (“Milan”)
Yassin Bono (“Əl-Hilal”)
Andre Onana (“Mançester Yunayted”)
Ederson (“Mançester Siti”)
Bris Samba (“Lans”)
Xatırladaq ki, “Lev Yaşin mükafatı” 2019-cu ildən təqdim edilir. Mükafatlandırma mərasimi “Qızıl top”un təqdimatı ilə eyni vaxtda keçirilir.
Ötən mövsüm bu mükafatın qalibi Tibo Kurtua olmuşdu. İkinci yeri “Liverpul”un braziliyalı qapıçısı Alison Beker, üçüncü yeri isə “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson tutmuşdu. 2019-cu ildə mükafata Alison Beker sahib olub. 2020-ci ildə COVID-19 pandemiyası səbəbilə mükafatın təqdimatı keçirilməyib. 2021-ci ildə isə italyan qapıçı Canluici Donnarumma qalib olub.


